Azercell operatoru vasitəsilə alınan avtomatik uzadılma ilə abunəliyin qeyri-aktiv edilməsi

Avtomatik uzadılma ilə abunəliyi bookmate.com saytından qeyri-aktiv etmək olar

1. Qeydiyyat zamanı qeyd etdiyiniz telefon nömrəsi və SMS vasitəsilə sizə göndərilən şifrə vasitəsilə bookmate.com saytına daxil olun.
2. Səhifənin yuxarı sağ küncündəki yumru nişana vuraraq profilinizin menyusunu açın.
3. «Parametrlər» bölməsini seçin.
4. Hesabınızın ayarlamaları səhifəsi açılacaq.
5. Səhifəni bir az aşağı sürüşdürərək «Abunəlik» bölməsini tapın.
6. Bu bölmədə abunəliyinizin etibarlılıq müddəti qeyd edilən düyməyə vurun.
7. Açılan pəncərədə «Avtomatik uzadılmanı söndür» vurun.

Avtomatik uzadılmanı söndür» düyməsi sizin şəxsi hesabınızdan avtomatik pul silinməsini qeyri-aktiv edir. Hazırki abunəliyin vaxtı bitmir və etibarlılıq müddəti dəyişmir. Yəni abunəlik ödənilən müddətin sonuna qədər qüvvədə qalacaq, yeni müddətə isə uzadılmayacaq.

Avtomatik uzadılma ilə abunəlik – abunəliyin cari abunəlik müddəti bitdikdən sonra dərhal uzadıldığı abunəlik növüdür. Uzadılma avtomatik edilir və bunun üçün əl ilə heç nə daxil etməyə ehtiyac olmur.

Was this article helpful?
0 out of 0 found this helpful

0 Comments

Article is closed for comments.