Bookmate hədiyyə kodunun aktivləşdirilməsi

Əgər sizə abunəlik üçün hədiyyə kod (promo kod) verilibsə, onu proqramda (Android və ya WindowsPhone), yaxud da saytda aktivləşdirə bilərsiniz. Hal-hazırda Apple cihazları üçün proqram vasitəsilə promo kodu aktivləşdirmək mümkün deyil.

 

Saytda promo kodu aktivləşdirmək üçün:

 

1. Promo kod vasitəsilə hansı şəxs üçün abunəliyi aktivləşdirmək istəyirsinizsə, həmin şəxsin istifadəçi adı ilə bookmate.com saytına daxil olun.

2. Bu link-ə basın: https://bookmate.com/code

 

WP və ya Android üçün proqramın köməyilə promo kodu aktivləşdirmək üçün:

 

1. Hədiyyə kod vasitəsilə hansı şəxs üçün abunəliyi aktivləşdirmək istəyirsinizsə, həmin şəxsin istifadəçi adı ilə proqrama daxil olun.

2. Əsas profil parametrlərinə keçin.

3. Parametrlərdə (Android üçün) "Promo kodu daxil et" və ya (WP üçün) "Promo kodu aktivləşdir" bölməsini seçin.

 

Abunəlik hansı istifadəçinin hesabından aktivləşdirilibsə, həmin istifadəçi üçün promo kod aktivləşdirilən andan etibarən qüvvəyə minəcəkdir.

Was this article helpful?
0 out of 0 found this helpful

0 Comments

Article is closed for comments.