Müxtəlif cihazlar arasında abunəliklər, kitablar, oxu gedişatı, qeydlər və sitatların sinxronlaşdırılması

Əgər Siz müxtəlif cihazlarda Bookmate istifadə edirsinizsə və bookmate.com saytında kitab oxuyursunuzsa, bütün məlumatlarınız bütün cihazlarda eyni zamanda yenilənəcək.

 

Sinxronlaşdırmanın uğurlu olması üçün bunlar tələb olunur:

1. Bütün cihazlarda eyni hesaba daxil olmaq.

2. Hər bir cihazda kitab oxuyarkən kifayət qədər sürətli internetin olması.

 

Məsələn, fərz edək ki, Siz Windows əməliyyat sistemi ilə işləyən noutbuk, iOS ilə işləyən telefon və Android ilə işləyən planşet istifadə edirsiniz. Siz kompüterdə bookmate.com saytından kitab oxumağa başlasanız və qeydlər aparsanız, daha sonra iOS əməliyyat sistemi ilə işləyən telefonunuzda qaldığınız yerdən oxumağa davam edə bilərsiniz. Apple cihazınızda kitabxananıza bir neçə kitab əlavə etsəniz və qeydlər aparsanız, daha sonra Android əməliyyat sistemi ilə işləyən planşetinizə keçərək telefonunuzda qaldığınız yerdən oxumağa davam edə bilərsiniz və eyni zamanda əlavə etdiyiniz bütün yeni kitablara və apardığınız qeydlərə çıxışınız da olacaqdır.

Was this article helpful?
0 out of 0 found this helpful

0 Comments

Article is closed for comments.