Proqramla bağlı problem yarandıqda ilk yardımın göstərilməsi

Proqramla bağlı yaranan problemlərin əksər hissəsini həll etmək üçün bunları edin:

1. İnternet bağlantınızı yoxlayın. Yaxşı olar ki, bütün əməliyyatları Wi-Fi bağlantısının güclü olduğu yerdə icra edəsiniz.
2. Hansısa bir kitabla bağlı problem olduqda, həmin kitabı kitabxanadan silin.
3. Proqramı yenidən quraşdırın.
4. Proqramı işə salın və öz hesabınıza daxil olduğunuza, yəni, həmişəki qaydada (məsələn, telefon nömrəniz ilə) proqrama daxil olduğunuza əmin olun.
5. Sildiyiniz kitabı tapın və kitabxanaya əlavə edin.
6. Sinxronlaşdırmanın başa çatmasını gözləyin (üst tərəfdəki indikator).

Əgər bu, alınmasa — azercell-support@bookmate.com ünvanına e-poçt göndərin və Bookmate hesab məlumatlarınızı qeyd edin.

Was this article helpful?
6 out of 12 found this helpful

0 Comments

Article is closed for comments.